AZ

“Bu, məqsədyönlü və planlı şəkildə həyata keçirilən addımdır”-Elman Nəsirov

"Əleyhadarlarımızıa söyləyirəm ki, ABŞ Prezidentin iqamətgahına bir nəfər basqın etməyə cəhd göstərərksən yerindəcə güllələnib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elman Nəsirov deyib: "Prezident faktiki olaraq yeni dünya nizamının qurulması istiqamətində çox ciddi addımlar atır, müxtəlif platformalar və şuralar formalaşdırılır. Azərbaycan bu prosesdə aktiv subyektdir. Öz mövqeyini ortaya qoyur və bu, açıq şəkildə görünür. Təsadüfi deyil ki, bəzilərinin rahatlığı pozulub, yuxuları ərşə çəkilib. Son hadisə də bunu təsdiqləyir. Cənab Prezidentin Vaşinqtonda məlum toplantıdan sonra hotelə qayıdarkən kortejinə qarşı edilən təzyiq və hücumun həm təşkilatçıları, həm də icraçıları bəllidir. Bu, məqsədyönlü və planlı şəkildə həyata keçirilən addımdır.

Bu vəziyyətdə Azərbaycan Prezidentinin və hökumətinin reaksiyası, eləcə də Birləşmiş Ştatlar polisinin atdığı addımlar adekvatdır. Belə də olmalıdır. Hər şey qanun çərçivəsində baş verib. Xatırlatmaq istəyirəm ki, cəmi iki gün öncə Birləşmiş Ştatlarda Prezidentin Florida ştatındakı iqamətgahına bir nəfər basqın etməyə cəhd göstərib və yerindəcə güllələnib. Hesab edirəm ki, bundan sonra əlavə şərhə ehtiyac yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr