AZ

“Kim çanta daşımaq istəmirsə, bu alətlərdən istifadə edə bilər" - Vüsal Xanlarov

“Rəqəmsal dərsliklər artıq uzun müddətdir ki, tərəfimizdən şagirdlərə və müəllimlərə təqdim edilib. Yəni şagirdlər və valideynlər dərs prosesini elektron dərsliklərlə keçmək istəyirlərsə, bunun üçün onların imkanları artıq var. Bunu edə bilərlər”.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə söylədi

“Kim çanta daşımaq istəmirsə, bu alətlərdən istifadə edə bilər. Ancaq burada əsas məsələ ondan ibarətdir ki, hər yerdə rəqəmsallaşma eyni səviyyədə deyil. Buna uyğun olaraq müəssisə də qərar verməlidir ki, dərslikdən necə istifadə edilir: elektron qaydada, yoxsa ənənəvi qaydada. Bu sualın cavabı ondan ibarətdir ki, elektron dərsliklər var və bu gün də hər kəs üçün əlçatandır. E-derslik.edu.az portalında və eyni zamanda Rəqəmsal Məktəb saytında da yerləşdirilib. Əgər hansısa şagird və ya müəllim bundan istifadə etmək istəyirsə, edə bilər. Çünki məzmun eynidir”, - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr