AZ

Bütün ölkələr üçün 10 faizlik rüsum tətbiq etdi - Qanun qüvvəyə mindi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ bütün ölkələr üçün 10 faizlik rüsum tətbiq edib.

Banco.az xəbər verir ki,  bu barədə Financial Times qəzeti məlumat verib. Tariflər bu gün qüvvəyə minib.

 ABŞ Gömrük və Sərhəd Mühafizəsi idxalçılara ilkin tarif dərəcəsinin 10% olacağını və istisna edilmədiyi təqdirdə bütün ölkələrə 150 ​​gün müddətində tətbiq olunacağını bildirib.

Ağ Ev bu məlumatı təsdiqləyərək, prezident administrasiyasının rüsumları 15%-ə çatdırmaq üzərində işlədiyini, lakin bunun üçün ayrıca bir icra sərəncamı tələb olunacağını qeyd edib.

Seçilən
2
banco.az

1Mənbələr