AZ

Əsas məsələ strateji aktivlərin qorunmasıdır İqtisadçı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Məlum olduğu kimi, “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiqlənib. İnvestisiya fəaliyyəti haqqında qanuna edilən dəyişikliklər və bu formada qanuni tənzimləmələr əslində dünyanın bir sıra ölkələrində mövcuddur: Məsələ strateji aktivlərin qorunması, strateji aktivlərin siyahısı və hansı halda təhlükə yarandığının dəqiqliklə müəyyənləşdirilməsindən ibarətdir. Bu, həm qanun sui-istifadəsinə çevrilməməli, həm də qanuna edilən dəyişikliklərin potensial investorları investisiya qoymaqdan və sahibkarlıq fəaliyyətinə başlamaqdan çəkindirməməsi üçün vacibdir. Bu, çox önəmli məsələdir".

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Onun sözlərinə görə, qanuna mahiyyətində baxanda strateji aktivlər dedikdə enerji infrastrukturu, nəqliyyat-logistika obyektləri, kommunikasiya sistemləri, sosial əhəmiyyətli layihələr nəzərdə tutula bilər:

"Eyni zamanda müasir dövrdə informasiya təhlükəsizliyi məsələləri ön plana çıxır və bu, milli təhlükəsizliyə zərər verə biləcək fəaliyyətlərlə bağlı ola bilər. Bütün investisiyalar təbii ki, uzun müddət dondurulan, qəsdən fəaliyyət göstərilməyən və ya iqtisadi və strateji təhlükə yaradan halda dövlət onların ədalətli dəyərini ödəməklə almaq hüququna malikdir".

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
525.az

1Mənbələr