İrəvana səfər edən Cənubi Qafqaz Araşdırma Mərkəzinin direktoru Fərhad Məmmədov yerli mətbuata açqılama verib.
“Cebheinfo.az” xəbər verir ki, erməni mətbuatının 44 günlük müharibənin 9 noyabr tarixli üçtərəfli Bəyanatla dayandırılması, Trampın TRIPP layihəsi barədə sualına Fərhad Məmmədov belə cavab verib:

“44 günlük müharibə Azərbaycan Prezidentinin müharibənin ilk günündə elan etdiyi məqsədə çatdıqda bitdi. Bu məqsəd Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. Razılaşmalar nəticəsində Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli format yaradıldı.
Rusiya silahlı qüvvələri Qarabağa daxil oldu, Bakı və Qarabağ erməniləri arasında təmaslarda iştirak etdi. Rusiya Ermənistandan Qarabağa gedən yolun və Azərbaycanın quru hissəsindən Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedən rabitənin nəzarətini 5 il müddətinə öz üzərinə götürməli idi.
Türkiyə Prezidentinin və Ermənistan Baş nazirinin xüsusi nümayəndələrinin ilk görüşü Rusiya Xarici İşlər Nazirliyində keçirildi. Lakin manipulyativ yanaşma səbəbindən Moskva qeyd olunan ərazilərdəki bütün funksiyalarını itirdi.
Eyni şey Avropa Birliyi vasitəçiliyi ilə də baş verdi. Bu gün ikitərəfli format yaradılıb və bu format çərçivəsində ABŞ xüsusi rol oynayır”.
O bildirib ki, ABŞ-nin iştirakı ilə TRIPP layihəsi Ermənistanın suveren qərarıdır.
“Cebheinfo.az”