AZ

Sülh Şurasının rəsmi saytı istifadəyə verilib

ABŞ-ın təşəbbüsü ilə Qəzza zolağındakı münaqişənin həlli üçün yaradılan Sülh Şurası ingilis və ərəb dillərində versiyaları olan rəsmi saytını istifadəyə verib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimai əlaqələr üzrə köməkçisi Dilan Conson X sosial şəbəkəsində məlumat verib.

"boardofpeace.org" ünvanında fəaliyyət göstərən resursun əsas səhifəsində Azərbaycanla yanaşı, 26 təsisçi dövlətin adı qeyd olunub. Orada şuranın əsas prinsipləri də təqdim edilib.

Saytda şuranın əsas təsis sənədləri, o cümlədən Qəzzada nizamlanma planı, onun rəhbər orqanları və onların tərkibi haqqında məlumatlar təqdim olunur. Bundan əlavə, portalda Sülh Şurasının fəaliyyəti haqqında məlumatların dərc olunacağı ayrıca xəbər bölməsi yerləşdirilib.

Xatırladaq ki, bu il yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib və Azərbaycan Respublikasını təşkilatın təsisçi dövləti olmağa dəvət edib.

Yanvarın 22-də 19 ölkənin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh yolu ilə nizamlanma çərçivəsində yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Təşkilat İsrail və HƏMAS arasında Qəzzanı idarə etmək üçün razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər regionlarda da münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.

Almaz Həsənli

Seçilən
24
oxumeni.az

1Mənbələr