Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin yaranması ilə şəxsi məlumatların oğurlanması halları da artıb: "Bir çox hallarda həmin məlumatlardan istifadə etməkıə insanlar şantaj olunur və bu ciddi mənəvi-psixoloji sarsıntılara yol açır. Mən özüm gənclikdə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Ancaq hansısa cinayətlərin sayında ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada belə edirlər. Ona görə də cəzalara yenidən baxmalıyıq".
Anar Kəlbiyev