Xalqının istiqbalını düşünmək, yükünü omuzunda daşımaq və nəhayət gördüyü işin məsuliyyətini duymaq heç də hər dövlət xadiminə nəsib olan xoşbəxtlik deyil. Nə yaxşı ki, tanrı ona möhkəm iradə, səbr, aydın zəka verib… Nəyi nə zaman edəcəyini dəqiq bilir... Prezident cənab İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sübut olunmuşdur ki, onun hansı addımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir…
Əli İbrahimov