AZ

Ayaqlarımı 25 il öncə ərəb həkim düzəldib, ƏYRİ İDİ

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Rəqsanə İsmayılova ilk dəfə estetik müdaxilələri ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, illər əvvəl ayaqlarında əməliyyat keçirib.

Onun sözlərinə görə, təxminən 25 il əvvəl ərəb həkimə müraciət edib və ayaqlarına implant yerləşdirilib. Rəqsanə qeyd edib ki, o zaman ayaqları çox arıq idi və forması onu qane etmirdi:

"Ayaqlarımda 'almacıqlar' yox idi, çox arıq idi və əyri görünürdü. İmplant qoyuldu və formaya salındı. Bundan sonra ayaq əməliyyatı etdirməmişəm".

Müğənni əlavə edib ki, bununla yanaşı, üç dəfə burun əməliyyatı keçirib. Həmçinin sinə və göz nahiyəsində də estetik müdaxilə olunub.

Rəqsanə hazırda üzündə əməliyyat etdirmək üçün peşəkar həkim axtardığını da gizlətməyib. Onun bu etirafları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
news.milli.az

3Mənbələr