AZ

Müştərək maliyyələşmə mexanizmi daha bir il təxirə salınıb

İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək. "Olaylar"xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən birbaşa ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır. İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallar yuxarıdakı abzas istisna olmaqla tibbi xidmətlərə münasibətdə xidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahı ilə müəyyən olunur.

Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər. Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilə biləcək.

Məsələ parlamentin bu günki iclasında müzakirələrdən sonra təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
36
olaylar.az

10Mənbələr