AZ

Joan Laporta: “Yamala görə 250 milyon avronu rədd etdik”

“Barselona”nın prezidenti Joan Laporta iki il əvvəl PSJ-nin Lamin Yamal üçün etdiyi 250 milyon avroluq təklifi geri çevirdiklərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri həmin vaxt futbolçunun cəmi 17 yaşında olduğunu vurğulayıb.

Laportanın sözlərinə görə, o dönəmdə bəzi şəxslər bu qərarı dəlilik kimi qiymətləndirib. Buna baxmayaraq, katalon klubu gənc istedada güvənərək onu heyətdə saxlamağa üstünlük verib.

Hazırda L. Yamal komandanın əsas oyunçularından biri sayılır və klubun gələcək planlarında mühüm yer tutur.

İdman.Biz
Seçilən
15
1
idman.biz

2Mənbələr