Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:
1) 16.500.000 – 18.100.000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34349,7 kv. metr ölçüdə torpaq sahəsi
2) Hazırda Aristokrat Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak.
3) Era tam orta məktəb və baxçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Dəyəti 9-10 milyon manat civarında dəyərləndirilir)