AZ

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək.

"Unikal" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib:

"Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Təhsil sənədləri Tehsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitesilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə bilecek".

O vurğulayıb ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
4
unikal.az

10Mənbələr