AZ

QHT sədri: Minimum əməkhaqqının yenidən qiymətləndirilməsi iqtisadi göstəricilərdən asılıdır

“Bu, özlüyündə müsbət haldır ki, minimum əməkhaqqı məbləğinə ildə bir dəfə baxılacaq. Lakin bu o demək deyil ki, həmin məbləğ mütləq artırılacaq. Ona baxılması əvvəlki illərin və ya cari ilin inflyasiyası, eləcə də digər iqtisadi göstəricilərin nəzərə alınmasını ehtiva edir. Bu baxımdan, əlbəttə ki, bu, müsbət qərardır".

Bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada bildirib. QHT sədri hesab edir ki, minimum əməkhaqqına baxılması əlavə tədqiqatların aparılmasına, minimum yaşayış həddinin araşdırılmasına, ölkədə gedən inflyasiyanın təsirlərinin qiymətləndirilməsinə və real vəziyyətin müəyyənləşdirilməsinə dəstək olacaq:

"Bu baxımdan, ildə bir dəfə yenidən baxılması müəyyən dəyişiklikləri ehtiva edə və onların həyata keçirilməsi üçün faktiki əsas yarada bilər.”

Seçilən
9
qht.az

1Mənbələr