Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məşhur aktrisa Pelin Karahan və iş adamı Bedri Güntayın 12 illik evliliyinin sona çatdığı iddia edilir. Cəmi bir neçə həftə əvvəl ailə xoşbəxtliyindən danışan aktrisanın həyat yoldaşı ilə yollarını ayırdığı bildirilir. İki övladı olan cütlüyün artıq evləri ayırdığı və Bedri Güntayın başqa ünvana köçdüyü qeyd olunur.Demokrat.az xəbər verir ki, jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə tərəflər arasında yaranan ciddi fikir ayrılığı boşanma qərarına səbəb olub. Onlar övladları Ali Demir və Eyüp Canın gələcəyini düşünərək bu prosesi sakit və dostcasına yekunlaşdırmağı planlaşdırırlar. Hələlik nə aktrisa, nə də iş adamı mövzu ilə bağlı rəsmi açıqlama verməyib.Pelin Karahan qısa müddət əvvəl verdiyi müsahibədə xəyal edə bilməyəcəyi qədər xoşbəxt həyat yaşadığını və heç bir maddi qayğısının olmadığını demişdi. O həmçinin sosial şəbəkələrdə qadınların həyat yoldaşına uyğunsuz fotolar göndərdiyini, lakin buna əhəmiyyət vermədiyini bildirmişdi. Bu səmimi etiraflardan sonra gələn ayrılıq xəbəri sənət dünyasında şok effekti yaradıb.İsmayıl
Demokrat.az







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.