AZ

Dünya bu kəşfdən danışır Hamıya çatacaq qədər qızıl aşkarlandı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cənubi Amerika ölkəsi Surinamda fəaliyyət göstərən Kanadanın "Founders Metals" şirkəti Maria Geralda sahəsində apardığı qazıntı işləri zamanı yüksək saflığa malik qızıl təbəqəsi tapıb. Şirkət mütəxəssisləri tərəfindən həyata keçirilən tədqiqatlar nəticəsində 22,5 metr dərinlikdə hər tona 11,88 qram qızıl düşən zəngin ehtiyat müəyyən edilib. Mədənçilik sektorunda hər tonda 10 qramdan yuxarı olan göstəricilər yüksək keyfiyyətli xammal hesab edildiyi üçün bu kəşf qlobal miqyasda böyük marağa səbəb olub.Demokrat.az xəbər verir ki, tapıntı təxminən 1,7 milyard illik geoloji tarixə malik olan və dünyanın ən zəngin mədən qurşaqlarından biri sayılan Guiana Shield bölgəsində qeydə alınıb. Geoloqlar bildirirlər ki, qədim dövrlərdə yer qabığındakı çatların kvars və qızıl tərkibli mayelərlə dolması nəticəsində yaranan bu laylar filizin saflıq dərəcəsini artırıb. Ərazidə daha əvvəl heç bir qazıntı işinin aparılmaması rezervin toxunulmaz qalmasını təmin edib.Mütəxəssislər kəşf edilən bu yatağın həm həcmi, həm də qızılın təmizlik səviyyəsinə görə dünya bazarında ciddi təsir yaradacağını proqnozlaşdırırlar. Hazırda bölgədə daha genişmiqyaslı sondaj işləri davam etdirilir və yaxın vaxtlarda ümumi ehtiyatın dəqiq həcminin açıqlanacağı gözlənilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
demokrat.az

7Mənbələr