AZ

Ağdam və Cəbrayıl Sənaye Parklarına yüz milyonlarla manat investisiya yatırılıb

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ağdam Sənaye Parkına indiyə qədər 145,8 milyon manat investisiya yatırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

S.Adıgözəlovun sözlərinə görə, park ölkədə rezidentlərin sayına görə ikinci sırada qərarlaşır: burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 13 müəssisə fəaliyyət göstərir. Parkda yaradılmış təxminən 1 000 daimi iş yerində işə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. İstehsal olunan məhsullar həm daxili bazarda satılır, həm də xarici ölkələrə ixrac olunur. İndiyə qədər parkda 1,4 milyard manatlıq məhsul satışa çıxarılıb, onun 62,3 milyon manatı ixrac olunub.

Bundan başqa, Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına 43,8 milyon manatdan çox investisiya yatırılıb. Burada 19 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir və təxminən 100 iş yeri yaradılıb.

S.Adıgözəlov qeyd edib ki, bu investisiyalar bölgələrdə iqtisadi aktivliyi artırmaq və iş yerlərinin yaradılmasına töhfə vermək məqsədi daşıyır.

Seçilən
9
turkic.world

1Mənbələr