AZ

Kimlərin maaşı nə qədər qalxacaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında ildə azı bir dəfə yenidən baxılacaq. Bu qərar ölkədə minimum əməkhaqqı artımında dövriliyin təmin edilməsini və işçilərin sosial müdafiəsinin qanunvericilik səviyyəsində gücləndirilməsini nəzərdə tutur. Yeni qayda həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşların gəlirlərinin mütəmadi olaraq iqtisadi göstəricilərə uyğunlaşdırılmasına xidmət edəcək.Demokrat.az xəbər verir ki, sözügedən qərar maaş artımının artıq gözləntidən çıxıb qanuni zərurətə çevrilməsi deməkdir. Əvvəllər minimum əməkhaqqının nə zaman artırılacağı fərdi qərarlardan asılı idisə, indi bu proses Əmək Məcəlləsi ilə sabitləşir və mütəmadi xarakter alır. Bu, ailə büdcəsini daha rahat planlamağa imkan verir.Xüsusilə dövlət müəssisələrində çalışan, lakin dövlət qulluqçusu statusu olmayan şəxslər üçün bu yenilik ciddi fərq yaradır. Məsələn, məktəbdə xadimə, xəstəxanada tibbi personal və ya bağçada tərbiyəçi köməkçisi işləyən vətəndaşların maaşları Vahid Tarif Cədvəlinə əsasən hesablanır. Minimum əməkhaqqı artan kimi avtomatik olaraq bu cədvəldəki bütün 19 dərəcə üzrə maaşlar da yuxarı qalxır. Beləliklə, vətəndaşın maaşı minimum həddən bir qədər yüksək olsa belə, o da artımı hiss edir.Özəl sektorda çalışanlar üçün də bu qərar bir növ müdafiə mexanizmidir. İşəgötürən heç bir halda işçiyə qanunla müəyyən edilmiş minimum məbləğdən az maaş verə bilməz. Minimum əməkhaqqı mütəmadi artdıqca, özəl şirkətlər də öz daxili maaş siyasətlərini buna uyğunlaşdırmalı olurlar. Bu, aşağı maaşlı iş yerlərində çalışanların gəlirlərinin inflyasiya qarşısında əriməsinin qarşısını alır.Nəticədə təxminən 700 min nəfərin cibinə birbaşa təsir edən bu dəyişiklik gəlirlərin sabitliyini təmin edir. Vətəndaş artıq bilir ki, ölkədə minimum yaşayış standartları qalxdıqca, onun da əməkhaqqı qanunvericilik çərçivəsində buna uyğun yenilənəcək.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
demokrat.az

1Mənbələr