AZ

Çin maşınlarının kasko problemi Çıxış yolu nədir?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar bəzi sığorta şirkətlərinin Çin istehsalı olan avtomobillərin kasko sığortasına ehtiyatla yanaşması və ya bəzi hallarda imtina etməsi alıcılar arasında suallar yaradıb. Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər avtomobil rəsmi satış mərkəzindən alınırsa və istehsalçı tərəfindən zəmanət təmin olunursa, bu zaman alıcı bir neçə üstünlüklə təmin olunur. O deyib ki, belə avtomobillər həm kasko sığortası ilə əhatə olunur, həm də istehsalçı zəmanətindən istifadə etmək imkanı yaranır:“Zəmanət müddəti avtomobilin markası, modeli və istehsal tarixindən asılı olaraq fərqlənir və adətən 3 ildən başlayaraq, bəzi hallarda 10 ilə qədər davam edə bilər. Bu, yalnız Çin istehsalı avtomobillərinə aid deyil. Hər bir rəsmi satış mərkəzindən alınan avtomobil üçün bu qaydalar tətbiq edilir. İstehsalçı zəmanəti avtomobilin mühərrik, transmissiya və digər əsas sistemlərini əhatə edir, beləliklə, avtomobilin istismarı zamanı yaranan problemlər ciddi maliyyə xərclərindən qorunma təmin edir.Alıcı üçün ən böyük üstünlük ondan ibarətdir ki, rəsmi satış mərkəzindən alınan avtomobil həm təhlükəsizlik, həm də etibarlılıq baxımından daha yüksək səviyyədə təmin olunur. Həmçinin, rəsmi satış mərkəzləri müştərilərə avtomobilin texniki baxışı, servis xidməti və zəmanət müddətində lazım olan bütün xidmətləri də təqdim edir. Bu səbəbdən avtomobil alarkən rəsmi satış mərkəzlərindən seçim etmək həm uzunmüddətli qənaət, həm də səyahət zamanı əlavə rahatlıq təmin edir”.Qeyd edək ki, Çin istehsalı avtomobillər son vaxtlar alıcıların diqqətini cəlb edir və bu, bir sıra suallara yol açıb. Maraqlananlar bilmək istəyirlər ki, bu avtomobillərdə zəmanət və kasko sığorta necə tətbiq olunur, müddət nə qədərdir və sonradan uzatmaq mümkündürmü.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr