AZ

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya Federasiyasının İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

News365.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Onun milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətinə görə vətəndaşlıqdan məhrum edildiyi iddia olunur. 

Qeyd edək ki, A.Məmmədov 2025-ci ilin sentyabrında İvanovo şəhər Dumasına seçilmək üçün “Vahid Rusiya” partiyasından namizədliyini irəli sürmüşdü. Lakin bu məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə yaranan qalmaqal səbəbilə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv etmişdi.


Seçilən
6
1
news365.az

2Mənbələr