AZ

Keçən ay DSFM tərəfindən 45 mindən çox vətəndaş qəbul edilib

BAKI,TurkicWorld

2026-cı ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin vətəndaşların 93 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 370 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 886 nəfəri mərkəzi, 41 935 nəfəri isə regional filiallarda qəbul edilib.

Seçilən
9
turkic.world

1Mənbələr