AZ

"Ədaləti dilənmədik, onu Dəmir Yumruqla bərqərar etdik" - Şəfahət Avılbəyli

"Onilliklər boyu biz beynəlxalq tribunalardan, böyük dövlətlərdən və insan haqları təşkilatlarından bir kəlmə söz umduq: Ədalət! Xocalıda qətlə yetirilən körpələrin, qocaların, namusu tapdanan qadınlarımızın haqqı üçün dünyanın kar və kor qalan vicdanına səsləndik. Lakin keçən zaman bizə bir həqiqəti öyrətdi – beynəlxalq hüquq və ədalət yalnız güclünün yanında, güclünün dilində hüquqi əsasını tapır.”
 
 Bu sözləri Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfahət Avılbəyli Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Moderator.az”-a açıqlamasında bildirib.   
 
O bildirib ki,  illərlə erməni lobbisinin və onların havadarlarının qurduğu informasiya blokadası, Avropanın ikili standartları ilə davam edən o qərəzli münasibət bizə çox şeyi öyrətdi. Bu qərəzli münasibəti və ədalətsizliyi Azərbaycan xalqı və onun lideri Xocalının qisasını diplomatik masaların arxasında deyil, düşmənin başının əzildiyi döyüş meydanında gördü və ədaləti kimlərinsə mərhəmətində deyil, Azərbaycan əsgərinin polad iradəsində və Ordumuzun qüdrətində tapdıq! 
 
Şəfahət Avılbəyli daha sonra açıqlamasında  44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən antiterror tədbirlərindən danışaraq Xocalı cəlladlarının bir-bir ədalət qarşısına çıxarılması, o qanlı cinayətin iştirakçılarının bu gün Bakı həbsxanalarında cavab verməsini bizim milli ləyaqət zəfərimiz adlandırıb: - “Bizə artıq dünya öz ərazisini işğaldan azad etmiş, soyqırımı törədənləri diz çökdürmüş qalib bir millət kimi müraciət edirlər” - deyə vurğulayıb.
 
Seçilən
7
moderator.az

1Mənbələr