AZ

Bu gün “Qaradağ”, yoxsa “Xankəndi” məyusluq yaşayacaq? - İki oyundan CANLI YAYIM

Bu gün II Liqada 15-ci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

“Şəmkir“ doğma məkanda “Şəki Siti“ni sınağa çəkəcək.

Çempionluğa iddialı “Xankəndi” və “Qaradağ Lökbatan” Bakıda üz-üzə gələcək. Tərəflər bu tura qədər 39 xal toplayıb.

Lökbatan təmsilçisi daha yaxşı top fərqinə görə birinci yerdədir.

Turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən rəqiblərin duelində qalib gələn komanda I Liqaya birbaşa vəsiqə qazanmaq uğrunda mühüm addım atacaq.

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Babayev, Rasim Musayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00

“Şəmkir” – “Sheki City”
Hakimlər: Nahid Xasıyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nazim Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şəmkir OİK stadionu, 14:30

Seçilən
9
sportinfo.az

1Mənbələr