AZ

Metroda nasaz qatar xəttdən çıxarıldı - ehtiyat vaqon xəttə buraxıldı

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb.

Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilir ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

"Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq", - qurumdan qeyd olunur.

xxx

11:51

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-Sahil" mənzilində qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda qırmızı və yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

"Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik",-məlumatda qeyd edilib.

Seçilən
17
20
day.az

10Mənbələr