AZ

İşıqforu gözardı edən “BakuBus” sürücüsü yolayrıcında qəza riski yaratdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 23-də saat 15:11 radələrində qəsəbənin 28 May küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, “BakuBus” MMC-yə məxsus 147 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-857 dövlət qeydiyyat nişanlı “BMC” markalı sərnişin avtobusunun sürücüsü işıqforun qadağanedici – qırmızı siqnalına məhəl qoymadan yolayrıcına daxil olub.

Nəticədə o, sağ tərəfdən gələn avtomobilin hərəkətinə əngəl törədib və qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb.

Qeyd edək ki, xüsusilə ictimai nəqliyyat vasitələrinin sürücüləri yolayrıclarına daxil olarkən işıqfor siqnallarına və hərəkət ardıcıllığına maksimum diqqət yetirməlidirlər. Belə pozuntular təkcə sürücünün deyil, avtobusdakı sərnişinlərin də həyatını risk altına atır və zəncirvari qəzalara səbəb ola bilər.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr