AZ

Çiskin, yağış, qar - Sabahın HAVASI

Fevralın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Seçilən
11
49
redaktor.az

10Mənbələr