AZ

Dəniz şeytanları nın aktrisası Kristina Kulişenko fiziki zorakılığa məruz qalıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiyalı aktrisa Kristina Kulişenko Sankt-Peterburqdakı pabların birində döyülüb.

Bu barədə Oxu.Az Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, Kulişenko dostu olan gənc oğlanla paba gəlib. Ehtimal edilir ki, gənc həddindən artıq spirtli içki qəbul edib və digər müştəriləri təhqir etməyə başlayıb. Buna görə onları çölə çağıraraq döyməyə başlayıblar.

Həmin şəxslər aktrisanın üzünə iki dəfə zərbə vurublar. O, xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Klinikada K.Kulişenkoya qançırlar və hematomalar diaqnozu qoyulub.

Qeyd edək ki, aktrisa məşhur “Onegin”, “Dəniz şeytanları”, “Lixaç-4” və “Kürəkən” filmlərindəki rolları ilə tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr