AZ

Razi Nurullayevin məcburi köçkünlərlə bağlı təklifinə Siyavuş Novruzovdan REAKSİYA

“İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər özəl sektor nümayəndələri işləyir, çalışır. İnsanlar gedir, orada yaşayır və fəaliyyət göstərir. Cənab Prezident hər dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdikdə yeni müəssisələrin açılışında iştirak edir. Bu müəssisələrin böyük hissəsi özəl sektorun payına düşür, özəl sektor bu işləri həm dövlətdən kredit, həm öz vəsaitini qoymaqla həyata keçirir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə mənzillər müasir standartlara uyğun verilir:

“Orada iş görmək üçün tender elan olunur və bu tender əsasında iş gedir. Kim tenderdə qalib gəlirsə, orada iş qura bilər. Orada hərə özü istədiyi formada, biri günçıxana, biri günbatana ev tikməli deyil. İşğaldan azad olunan evlər müasir standartlara uyğun tikilir və vətəndaşlara da pulsuz verilir. Bunu qiymətləndirmək lazımdır ki, heç bir dövlət öz vətəndaşı üçün bu addımı atmır. Bunu edən Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir”.

Onun sözlərinə münasibət bildirən spiker Sahibə Qafarova deyib ki, Qarabağ torpaqları qarabağlılara verilir və Qarabağa köçən hər bir ailə işlə təmin olunur. Bununla bağlı cənab Prezident Qarabağa köçənlərə mənzillərin açarlarını çox zaman özü təqdim edir.

Bundan sonra söz alan deputat Razi Nurullayev çıxış üçün həmkarı Siyavuş Novruzova
təşəkkür edib:


“Siyavuş Novruzova məntiqli, dərin, müfəssəl, ətraflı çıxışına görə dərindən təşəkkür edirəm”.

Qeyd edək ki, müzakirə iclasın əvvəlində deputat Razi Nurullayevin işğaldan azad olunmuş ərazilərdə evlərin tikintisində keçmiş məcburi köçkünlərin də iştirak etməsi və Qarabağa özəl sektorun cəlb olunmasını təklif etdikdən sonra başlayıb.

Günay Şahmar, Bizim.Media

Seçilən
8
3
bizim.media

4Mənbələr