AZ

Rusiya Avropada hərbi bazaların yaxınlığındakı evləri alır – “The Telegraph”

Rusiya bütün Avropada hərbi bazaların yaxınlığındakı evləri satın alır

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Avropa kəşfiyyat xidmətləri xəbərdarlıq ediblər ki, Moskva ilə əlaqəli şəxslər Qərbə qarşı “hibrid müharibə”ni gücləndirmək məqsədilə Avropada müxtəlif mülklər əldə edirlər.

Buraya yay evləri, bağ kottecləri, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta bütöv adalar daxildir.

Məqsəd bu yerlərdən koordinasiya edilmiş müşahidə, təxribat və gizli hücumlar üçün plasdarm kimi istifadə etməkdir.

Qeyd olunur ki, satın alınan daşınmaz əmlaklar ən azı on Avropa ölkəsində hərbi və mülki obyektlərin, o cümlədən aviabazaların, hərbi dəniz limanlarının, sualtı kabel marşrutlarının və enerji obyektlərinin yaxınlığında yerləşir.

Kəşfiyyat əməkdaşlarının sözlərinə görə, Kreml adi hərbi hücum əvəzinə, “boz zona”da NATO-nun qətiyyətini yoxlamağa çalışa bilər.

Bu məqsədlə nəqliyyat, rabitə və enerji şəbəkələrini iflic etmək, habelə alyansın kollektiv müdafiə haqqında 5-ci maddəsinin tətbiqini çətinləşdirmək üçün inkar edilməsi mümkün olan daha genişmiqyaslı hücumlar təşkil edilə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr