AZ

“Heç vaxt əvvəlcədən nə baş verəcəyini bilmirsən”

"Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone Belçikanın "Brügge" komandasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

 “Azarkeşlərin komandanın yanında olmasına ehtiyacımız var. Onların enerjisi bizi ruhlandırır. Biz də bunun əvəzini zəhmətimiz, meydandakı mübarizəmiz və keyfiyyətli oyunumuzla qaytarmalıyıq. Heç vaxt əvvəlcədən nə baş verəcəyini bilmirsən. Oyunun gedişində uyğunlaşmağı bacarmaq lazımdır”

Argentinalı mütəxəssis rəqib komanda barədə də müsbət fikirlər səsləndirib. O, baş məşqçi İvan Lekonun rəhbərlik etdiyi “Brügge” futbolçularının əzmkarlığını və cəsarətini xüsusi vurğulayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü fevralın 24-də baş tutacaq və qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ümumi mərhələdə isə Madrid təmsilçisi 14-cü, Belçika klubu isə 19-cu pillədə qərarlaşıb.

Seçilən
1
90deqiqe.az

1Mənbələr