AZ

AYİB Bakının su infrastrukturunun reabilitasiyası üzrə layihənin texniki-iqtisadi əsaslandırma işlərinə başlayacaq - Bank nümayəndəsi

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın vaxtlarda Bakıvə Abşeron yarımadasının su infrastrukturunun reabilitasiyasılayihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya (TİƏ) başlamağıplanlaşdırır.

Trend xəbər verirki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu günBakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə,risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmimasada çıxışı zamanı bildirib.

“Bakı və Abşeron yarımadasının su infrastrukturununreabilitasiyası üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iləəməkdaşlıq planlaşdırılır. Bu layihə üzrə texniki-iqtisadiəsaslandırmaya yaxın vaxtlarda başlanması nəzərdə tutulur”, – deyəo bildirib.

Hacıyev qeyd edib ki, Böyük Britaniya hökuməti bu layihə üzrəTİƏ-nin aparılmasını dəstəkləyir.

Bank nümayəndəsinin sözlərinə görə, Azərbaycan, xüsusilə ikiböyük şəhərin yerləşdiyi Abşeron yarımadasında artan su qıtlığıproblemləri ilə üzləşir.

“Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsi olmasına baxmayaraq,regionun su ehtiyatlarının cəmi 15 faizi onun payına düşür.Həmçinin məlumdur ki, ölkənin su ehtiyatlarının 70 faizitranssərhəd mənbələrdən daxil olur və bu mənbələrin 68 faiziniyerüstü sular təşkil edir”, – deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, su ehtiyatlarının iqlim dəyişikliyininmövsümi və uzunmüddətli təsirlərinə qarşı getdikcə daha həssasolduğunu göstərir.

“Bu problemlərin həlli üçün bütün infrastruktur layihələrininkomponentlərinin kompleks və dayanıqlı şəkildə həyata keçirildiyisistemli yanaşmanın tətbiqi vacibdir”, – deyə AYİB nümayəndəsivurğulayıb.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr