AZ

"Srvena Zvezda"nın azərbaycanlı futbolçusu: Məqsədim əsas komandaya yüksəlməkdir

Bakı, 24 fevral, AZƏRTAC

Hazırda ən böyük məqsədim "Srvena Zvezda"nın əsas komandasına yüksəlməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın "Srvena Zvezda" klubunun U-19 komandasında çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənov deyib.

O, Belqrad təmsilçisinin liqada lider olduğunu bildirib: “Çempion olmaq şansımız böyükdür. Titul qazanıb, Avropa yarışlarında mübarizə aparmaq istəyirik. Heyətdə məndən başqa iki nigeriyalı oyunçu var. Məşqçilərim yaxşı futbolçu olmaq üçün çox çalışmalı olduğumu deyirlər. Əlbəttə, bunun üçün əlimdən gələni edirəm. Hazırda əsas komandanın heyətində 2008-ci il təvəllüdlü oyunçular var. Böyük klublarda oynamaq hamının arzusudur. Lakin hər şey istəklə olmur, çalışmaq lazımdır”.

Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

Seçilən
1
2
azertag.az

3Mənbələr