AZ

Rusiyadan çağırdığı dostunu qətlə yetirdi – VİDEO

Xəzər rayonunun Suvalan qəsəbəsində qətl hadisəsi baş verib. Hadisə Lev Starçuk küçəsində yerləşən üçmərtəbəli evin həyətində qeydə alınıb. Cinayət binanın həyətində saxlanılan “Opel” markalı avtomobildə törədilib.

KONKRET.az xəbər verir ki, əldə olunan məlumata görə, İlqar Məmmədov uzun müddət Rusiyada yaşayıb. O, sonuncu dəfə Azərbaycana gələrək dostu İqor Lisenkonun evində qalıb. Bir müddət sonra tərəflər arasında mübahisə yaranıb və İlqar evdən çıxaraq İqora məxsus avtomobildə gecələməyə məcbur qalıb.

Məlumata əsasən, növbəti mübahisə zamanı İqor Lisenco avtomobildə olan İlqar Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Qonşuların bildirdiyinə görə, İlqar və İqor mütəmadi olaraq birlikdə spirtli içki qəbul edirmişlər. Hadisə gecə saatlarında baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:

Seçilən
12
1
konkret.az

2Mənbələr