AZ

Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilir.Newscenter.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə 1000-ə yaxın şagird iştirak edib.Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyətinə dair hüquq və vəzifələr barədə məlumat verilib. Eyni zamanda yeni qəbul olunmuş standartlar və təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.Bildirilib ki, əməyin mühafizəsi qaydalarına əməl olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.Ruhiyyə Mehdiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
newscenter.az

4Mənbələr