AZ

Bu rayonda ehsan vermək qadağan olundu

Qax rayonunda martın 1-dən etibarən yas mərasimləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. 

Rayon mərkəzi və kəndləri əhatə edən qərara əsasən, mərasimlərdə ehsan süfrələrinin açılması ləğv edilir.

Ekologiya.az milli.az-a istinadla xəbər verir ki, israfçılığın qarşısını almaq məqsədilə qəbul edilən bu addımdan sonra yas yerlərində qonaqlara yalnız çay süfrəsi təqdim olunacaq. Yerli sakinlər və aidiyyəti qurumlar tərəfindən dəstəklənən bu qərarın əsas hədəfi yas sahiblərinin ağır itki ilə yanaşı, həm də maddi çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.

Seçilən
19
ekologiya.az

1Mənbələr