AZ

Xətai icra başçısı Rafiq Quliyev şəhid ailəsinə salam belə vermir - ŞOK VİDEO

Xətai rayonunun icra başçısı Rafiq Quliyev icra hakimiyyətinin inzibati binasının həyətində yerləşən park ərazisində gəzərkən bir xanım tərəfindən videogörüntüyə alınıb.

Bizimesr.az bildirir ki, görüntülərdən aydın olur ki, xanım özünü şəhid ailəsinin üzvü kimi təqdim edir və uzun illərdir mənzil problemi ilə bağlı müraciətlər etdiyini bildirir. Onun sözlərinə görə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, məsələ ilə bağlı hər hansı real nəticə əldə olunmayıb, Rafiq Quliyev onun problemini həll etməyib.

Videoda diqqət çəkən məqam isə icra başçısının səslənən irad və müraciətlərə reaksiya verməməsi, xanımı dinləmədən yoluna davam etməsidir. Kadrlardan görünür ki, vətəndaş birbaşa icra başçısına yaxınlaşaraq problemini səsləndirsə də, qarşı tərəfdən hər hansı cavab və ya münasibət nümayiş etdirilmir.

Hadisə sosial mediada birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Videogörüntüləri təqdim edirik.

@bizimesr.az #xetai#memur ♬ orijinal səs - BizimƏSR MEDİA

Seçilən
17
milliyol.az

1Mənbələr