AZ

Atasının yolunu davam etdirən balaca “La Masiya”da parlayır - VİDEO

“Barselona”nın polşalı qapıçısı Voytsex Şezninin oğlu Liam atasının izi ilə futbol dünyasına addım atıb. Lakin görünən odur ki, kiçik Şezni qapıda dayanmaqdan daha çox qol vurmağa meyllidir.

İdman.Biz xəbər verir ki, hazırda “Barselona”nın akademiyası olan “La Masiya”da (U-10 səviyyəsində) çıxış edən Liam Şezni məşqlərdə nümayiş etdirdiyi texniki bacarığı ilə diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc istedadın sol cinahda rəqiblərini keçərək uzaq küncə vurduğu möhtəşəm qol azarkeşlərin böyük marağına səbəb olub.

Mütəxəssislər Liamın topla davranma qabiliyyətini və oyun intellektini yüksək qiymətləndirərək, onu akademiyanın gələcək vədlərindən biri kimi qələmə verirlər. Atası 2024-cü ildə “Barselona”ya transfer olunduqdan sonra kluba qoşulan Liam artıq kataloniyalıların doğma simalarından birinə çevrilib.

Qeyd edək ki, Voytsex Şezni özü də oğlunun futbol inkişafını yaxından izləyir və tez-tez akademiyanın məşqlərində görüntülənir.

İdman.Biz
Seçilən
10
1
idman.biz

2Mənbələr