AZ

Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Avstraliyanın Baş naziri Entoni Albanese Rusiya ilə əlaqəli 180 şəxs, qurum və “kölgə donanması”na aid gəmilərə qarşı yeni sanksiyaların tətbiq edildiyini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Albanese sosial media hesabından Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə etdiyi açıqlamada, Rusiyanın hərəkətlərinin beynəlxalq hüququ pozduğunu müdafiə edib.

Bu hərəkətlərin qeyri-qanuni və qəbulolunmaz olduğunu bildirən Albanese, Moskva rəhbərliyinə təzyiqi artırmaq məqsədilə Rusiya ilə əlaqəli 180 şəxs, qurum və kölgə donanmasına aid gəmilərə qarşı yeni sanksiyaların dövriyyəyə salındığını bildirib.

Albanese yeni sanksiyalarla Avstraliyanın Rusiyaya tətbiq etdiyi ümumi sanksiya sayının 1800-ü keçdiyini qeyd edib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr