İslam İnkişaf Bankı kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə Azərbaycana 436,67 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.
Bankın məlumatına görə, bu vəsait suvarma suyundakı itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına və “Azərbaycan 2030” strategiyası çərçivəsində kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək. Sözügedən investisiyalar ölkə iqtisadiyyatının “yaşıl” artımını dəstəkləmək, iqlimə dayanıqlılığı gücləndirmək və uzunmüddətli ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.