Goyçayda iki gün əvvəl baş vermiş yol qəzasında xəsarət alan sürücü ölüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, iki gün əvvəl Göyçayda qeydə alınan yol qəzası zamanı ağır xəsarət alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən, Göyçayın Ləkçıplak kənd sakini 2004-cü il təvəllüdlü Şamil Yusifov bu gün xəstəxanada vəfat edib.
DİN-in Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.



