AZ

“Biri günçıxana, biri günbatana ev tikməli deyil” - Siyavuş Novruzovdan həmkarına CAVAB

"İşğaldan azad olunmuş ərazilərdə hərə özü istədiyi formada - biri günçıxana, biri günbatana ev tikməli deyil. Bu, standarta uyğun, müasir infrastruktura uyğun tikilir və vətəndaşlara da pulsuz verilir. Bunu qiymətləndirmək lazımdır, heç bir dövlət öz vətəndaşı üçün bu addımı atmır. Bu, Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir”.

Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Qarabağda tikilən evlərlə bağlı daha əvvəl çıxışında narazılıq bildirnə deputat Razi Nurullayev isə Siyavuş Novruzova belə cavab verib:

“Siyavuş Novruzova məntiqli, dərin, müfəssəl, ətraflı çıxışına görə dərindən təşəkkür edirəm”. 

Nuriyyə NATİQQIZI

Seçilən
14
redaktor.az

1Mənbələr