Bildirilib ki, yardım paketinin əsas hissəsi -7 milyard dollar hərbi dəstək kimi təqdim olunacaq. Qalan 1,5 milyard dollar isə mülki məqsədlərə yönəldiləcək.
Norveçin baş naziri Jonas Gahr Stor bildirib ki, qərar Ukrayna hakimiyyəti ilə aparılan fəal məsləhətləşmələrdən sonra qəbul edilib:
"Ukraynalılar özlərinə nəyin lazım olduğunu daha yaxşı bilirlər. Hökumət 2026-cı ildə hərbi yardımın hansı istiqamətlərə yönəldiləcəyinə dair qərar qəbul edib. Vəsait Ukrayna üçün maksimum effekt verəcək sahələrə ayrılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31