AZ

"Ərim “Möhtəşəm Yüzyıl”ın aktrisası ilə gəzir" - 50 milyonluq XƏYANƏT - FOTOlar

Türkiyəli məşhur aktrisa Dolunay Soysert ilə bağlı qalmaqallı iddia gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Aydın Erdemin həyat yoldaşı sənətçini əri ilə gizli münasibətdə olmaqda günahlandırıb. İddia məhkəmə sənədlərində də əksini tapıb.

Bildirilir ki, Erdemin xanımı xəyanət səbəbi ilə boşanma iddiası qaldıraraq həyat yoldaşından 50 milyon lirə təzminat tələb edib. Məsələ hazırda hüquqi müstəvidə araşdırılır.

İddialar isə Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, məşhur "Möhtəşəm Yüzyıl" serialında oynayan Dolunay Soysert inkvizisiyadan qaçaraq Venesiyada əsir götürülən və Sultan Süleyman tərəfindən xilas edilən Donna Qrasiya obrazı ilə ilk dəfə tamaşaçı qarşısına çıxmışıb. Gözəlliyi, zənginliyi və zəkası ilə diqqət çəkən, ticarətlə məşğul olan Donna Qrasiya Sultan Süleymanla yaxın dialoqları, serialda sinə dekolteli geyimləri ilə də diqqət mərkəzində olan aktrisanın Qrasiya obrazı Hürrem Sultanın da qısqanclıq keçirməsinə səbəb olmuşdu.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
1
milli.az

2Mənbələr