AZ

“Napoli” azarkeşi təhqirə görə həyat yoldaşı tərəfindən bıçaqlanıb

Bakı, 24 fevral, AZƏRTAC

“Napoli” azarkeşi komandasının A Seriyasının XXVI turunun “Atalanta” ilə oyunundan sonra xəstəxanaya yerləşdirilib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, 40 yaşlı fanat həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisəyə yanlış anlaşılma səbəb olub. Belə ki, azarkeş Neapol təmsilçisinin 1:2 hesabı ilə məğlub olduğu görüşdən sonra baş hakimin qərarlarına emosional reaksiya verib. Həyat yoldaşının referini deyil, onu təhqir etdiyini düşünən qadın bıçaqla ərinə xəsarət yetirib.

Azarkeş dərhal Neapoldakı xəstəxanaya yerləşdirilib. Qadına isə bir neçə maddə ilə ittiham irəli sürülüb.

Seçilən
9
1
azertag.az

2Mənbələr