İspaniya La Liqasında baş məşqçi dəyişikliyi baş verib.
90deqiqe.Az xəbər verir ki, "Malyorka" klubunun baş məşqçisi Xqoba Arrasate postunu tərk edib. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, baş məşqçinin istefası komandadakı son nəticələrin və hazırkı vəziyyətin təhlilindən sonra qəbul olunub:
“Komandanın son nəticələrini və cədvəldəki mövqeyini nəzərə alaraq baş məşqçi istefa verdi. Mövsümün son və həlledici oyunları öncəsi komandada yeni yanaşma tətbiq etmək istəyirik”
Qeyd olunur ki, “Malyorka” ardıcıl üç oyunda məğlub olub. Sonuncu qarşılaşmada komanda "Selta" ilə 0:2 hesabı ilə uduzub. Hazırkı vəziyyətə görə "Malyorka" 24 xalla La Liqa cədvəlində 18-ci pillədə qərarlaşıb.