AZ

Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? RƏSMİ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Son dövrlər sosial şəbəkələrdə Yaponiya və bəzi Avropa ölkələrindən yayılan videolarda metro qatarı ilə platforma arasında şüşə arakəsmə olması diqqət çəkir. Vətəndaşlar isə eyni texnologiyanın ölkəmizdə də tətbiqini istəyir. Bunun üzərinə jurnalistlər aidiyyəti qurumlara məsələ ilə bağlı hər dəfə mövzu gündəmə gələndə suallar ünvanlayır.

Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bütün ünvanlanan sorğulara cavab vermək üçün sosial şəbəkə hesablarında video paylaşıb və bir video ilə ünvanlanan bütün suallara cavab verib.

Qurum videoizahda qeyd edib ki, bunun bir neçə səbəbi var:

“Mövcud stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə yaşıl və qırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxil olur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarının qarşısını alacaq. Bu isə, həm tunel infrastrukturuna, həm də ən əsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsir göstərəcək”.

Qeyd edilib ki, CBTC adlandırılan mərkəzi idarəetmə və işarə vermə sistemləri qatarların platformada millimetr dəqiqliyi ilə dayanması üçün əsas şərtdir:

“Bu sistem qatarın sürətini, mövqeyini və dayanma nöqtəsini real vaxt rejimində hesablayır və platforma boyunca qatarın standartlaşdırılmış nöqtədə dayanmasını təmin edir. Maşinistsiz qatarlar üçün bu sistem mütləqdir. Qatar yalnız CBTC sistemi tərəfindən dayanma təsdiq edildikdən sonra platforma arakəsmələri ilə sinxron şəkildə işləyir. Hazırda isə Bakı metrosunda qatarların platformada dayanması maşinist tərəfindən manual şəkildə həyata keçirilir. Bakı metrosunda fərqli nəsil və bir neçə model vaqon istismar olunur. Bu vaqonlarda qapıların yerləşməsi və açılması mexanizmi fərqlidir. Bəzilərində qapılar içəriyə, bəzilərində isə çölə açılır.

Bu müxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildə tətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amilləri nəzərə alaraq təəssüf ki, hazırda şüşə arakəsmələrin Bakı metropolitenində tətbiqi mükün deyil”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
10
avtosfer.az

10Mənbələr