AZ

Kreml: Ukraynda "xüsusi əməliyyat"ın məqsədlərinə tam nail olunmayıb

"Kremldə "xüsusi hərbi əməliyyat"ın (SVO) məqsədlərinə nail olunmadığı ilə razılaşıblar".

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi hərbi əməliyyatın məqsədlərinin bir çoxuna nail olunduğunu bildirib.

"Əsas məqsəd Ukraynanın şərqində yaşayan və yaşamağa davam edən, həqiqətən də ölümcül təhlükə altında olan insanların təhlükəsizliyini təmin etməkdir. Əsas məqsəd budur. Lakin məqsədlərə tam nail olunmayıb, ona görə də xüsusi hərbi əməliyyat davam edir. Eyni zamanda, Rusiya məqsədlərinə siyasi və diplomatik yollarla çatmağa açıqdır. Bu istiqamətdə işlər də davam edir. Hər halda, Rusiyanın maraqları təmin ediləcək".

Kremlin sözçüsü münaqişənin danışıqlar yolu ilə həll olunacağına hələ də ümid varmı sualına isə belə cavab verib:

"Bu ümid bizi heç vaxt tərk etməyib. Bilirsiniz, lap əvvəldən bunun sülh yolu ilə həlli üçün səylər göstərildi. Razılaşma hazırlandı və sonra Britaniyanın bu sülh prosesinə müdaxiləsindən sonra məsələ yenidən hərbi məcraya qayıtdı. Biz sülh üçün səylərimizi davam etdiririk. Mövqeyimiz aydın və ardıcıldır".

Putin mətbuat katibi hazırda hər şeyin Ukraynanın hərəkətlərindən asılı olduğunu vurğulayıb.

Seçilən
1
2
apa.az

3Mənbələr