AZ

Məşhur baş məşqçi QOVULDU

İspaniyanın "Malyorka" klubu baş məşqçisi Xaqoba Arrasate ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis vəzifəsindən azad olunub.

Klubun rəsmi saytında yayılan açıqlamada bildirilir ki, qərar liqadakı mövcud vəziyyət və komandanın nəticələrinin hərtərəfli təhlili əsasında qəbul edilib. Yeni yanaşmanın tətbiqi və mövsümün qalan hissəsində uğurlu nəticələr əldə etmək məqsədi vurğulanıb.

Məlumatda həmçinin Xaqoba Arrasate və məşqçi heyətinə adadakı fəaliyyətləri dövründə göstərdikləri səylərə görə təşəkkür edilib və onlara gələcək karyeralarında uğurlar arzulandığı bildirilib.

Hazırda İspaniya çempionatında 25 oyundan sonra "Malyorka" 24 xal toplayaraq turnir cədvəlində 18-ci sırada qərarlaşıb və komanda ardıcıl üç oyunda məğlubiyyətlə üzləşib.

Hüseyn
Milli.Az

Seçilən
15
1
milli.az

2Mənbələr