AZ

Ramazanda sağlam arıqlamaq: 5 vacib məsləhət

Ramazan ayında düzgün qidalanma nəticəsində həm oruc tutmaq, həm də sağlam formada arıqlamaq mümkündür.

 

Pravda.az gündəlik menyunu düzgün planlamaqla bağlı əsas məsləhətləri təqdim edir:

 

 Sağlam və balanslı menyu: Gün ərzində hər qida qrupundan yetərli miqdarda istifadə etmək, həzm problemlərinin və arıqlama çətinliklərinin qarşısını alır.

 

Meyvə və tərəvəzlə qidalanmaq: Meyvə, tərəvəz, tam taxıllar, paxlalılar və sağlam yağlar ilə zəngin qidalar arıqlama prosesini dəstəkləyir.

 

Şəkərli və yağlı qidalardan uzaq durun: Kolbasa, sosis, şirniyyat və qazlı içkilər kimi yüksək kalorili məhsullar arıqlamağı çətinləşdirir.

 

Sağlam sahur: Omlet, zeytun, qatıq, yulaf və təzə meyvələr metabolizmi tənzimləməyə kömək edir.

 

Faydalı iftar: Tərəvəzli şorbalar, tam buğda çörəyi, balıq, toyuq və ya az yağlı ət yeməkləri ilə birlikdə salat yemək tövsiyə olunur.

 

Qeyd: Gün ərzində kifayət qədər su içmək və şəkərli, yağlı qidalardan uzaq durmaq da tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 24 Fevral 2026, 14:06   
Seçilən
4
2
pravda.az

3Mənbələr