Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son illər Çin istehsalı olan avtomobillər yerli bazarda daha çox diqqət çəkməyə başlayıb. Münasib qiymət, zəngin texnoloji təchizat və müasir dizayn bu nəqliyyat vasitələrinə marağı artırır. Lakin potensial alıcıları düşündürən əsas məqamlardan biri bu avtomobillərin kasko sığortasının mümkünlüyü və zəmanət şərtləridir.Sığorta mütəxəssisi Şahin İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Çin avtomobillərinə verilən zəmanət markadan və rəsmi distributerdən asılı olaraq dəyişir:“Zəmanətlər adətən standart və genişləndirilmiş olmaqla iki növdə təklif olunur. Standart zəmanət 1 il və ya 30.000 km üçün nəzərdə tutulur və adətən mühərrik, sürətlər qutusu və əsas texniki hissələri əhatə edir. Genişləndirilmiş zəmanət isə 5 il və ya 150.000 km müddətinə verilir və elektron sistemlər, sükan, əyləc və digər vacib komponentləri də əhatə edir. Çin avtomobili alarkən genişləndirilmiş zəmanət proqramı daha etibarlı seçim hesab olunur. Zəmanət yalnız rəsmi servis mərkəzlərində texniki baxışdan keçmiş avtomobillərə şamil edilir. Həmçinin, Çin avtomobillərinin kasko sığortasında heç bir problem yoxdur. Sığorta şirkətləri bu avtomobilləri məmnuniyyətlə kasko sığorta etməyə qəbul edirlər”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.